Azərbaycanlı rejissor Ermənistanda qalib oldu - VİDEO

Azərbaycanlı rejissor Ermənistanda qalib oldu - VİDEO
  16 İyul 2013    Oxunub:1693
Azərbaycanlı rejissorun filmi Ermənistanda keçirilən kinofestivalın qalibi oldu.
Azərbaycanlı rejissor Elmar İmanov Ermənistanda keçirilən “Qızıl ərik” kinofestivalının xüsusi mükafatıına layiq görülüb. Münsiflər rejissorun 29 dəqiqəlik "Tabut düzəldənin yelləncəyi" filmini festivalın “Çəyirdək” qısametrajlı filmlər nominasiyasında xüsusi diplomuna layiq görüb.

Bu nominasiyada əsas mükafat israilli kinorejissor Leonid Prudovskiyə nəsib olub. Onun “Xoş gəlmisiniz və başsağlığı veririk” filmi 1991-ci ildə Sovet İttifaqından İsrailə kütləvi mühacirətdən bəhs edir.

Elmar İmanov özü festivalda iştirak etməyib. 30 yaşlı rejissor artıq neçə ildir ki, Almaniyanın Köln şəhərində yaşayır, burada beynəlxalq kinomotaqrafiya məktəbini bitirib. Bu günə qədər bir neçə qısametrajlı və sənədli film çəkib.

Elmar İmanovun yaşlı ata və onun ruhi xəstə olan oğlu arasındakı çətin və ziddiyyətli münasibətlərdən bəhs edən "Tabut düzəldənin yelləncəyi" filmi 2012-ci ildə ən yaxşı xarici film nominasiyasında Amerika Kino Akademiyasının gənc kinematoqrafçılar üçün bürünc mükafatını (Tələbə Oskarı) qazanıb.







Teqlər:  





Xəbər lenti