Bakıya gətirilmiş yaralıların son vəziyyəti açıqlanıb

Bakıya gətirilmiş yaralıların son vəziyyəti açıqlanıb
  27 Dekabr 2024    Oxunub:437
"Təyyarə qəzasından sonra Azərbaycana gətirilmiş bir nəfərə sabah osteosintez əməliyyatı icra olunacaq".
AzVision.az xəbər verir ki, bunu “Yeni Klinika”nın baş həkimi Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Həkim deyib ki, dünən klinikaya 7 radələrində 14 xəstə daxil olub:

“Xəstələr gələndə neyrocərrahi, travmatoloji briqada hazır gözləyirdi. “Yeni Klinika”da müalicə alan xəstələrdən bir nəfərin vəziyyəti hazırda ağır, digər bir nəfərin vəziyyəti isə orta ağırdır. Xəstələrdə bədənin müxtəlif küt travmaları, sümük sınıqları, bir xəstəyə baldır sümüyünün açıq-qəlpəli sınığı diaqnozu qoyulub. Sabah bir nəfər xəstə osteosintez əməliyyatına alınacaq".

Xatırladaq ki, dekabrın 26-da “Yeni Klinika”ya gətirilmiş 14 xəstədən 13-ü palata şəraitində, biri isə reanimasiyada müalicə alır.


Teqlər:





Xəbər lenti