BMT Vatikandan açıqlama tələb etdi

BMT Vatikandan açıqlama tələb etdi
  12 İyul 2013    Oxunub:1622
BMT-nin mərkəzi Cenevrədə Uşaq Hüquqları Komitəsi Vatikandan katolik təşkilatlardakı uşaqlara təcavüz edilməsi barədə açıqlama istəyib.
BMT Uşaq Hüquqları Komitəsi açıqlanmasını tələb etdiyi mövzu ilə bağlı təxminən 20 maddədən ibarət siyahını Vatikana göndərib. Komitə hələ 1922-1996 illərdə rahibələr tərəfindən zorla işlədilən, fiziki gücə və alçaldıcı rəftara məruz qalan qızlar barədə də məsələ qaldırıb.

Vatikanın BMT-dəki nümayəndəsi Massimo de Qreqori komitənin suallarını cavablandırmağa hazır olduqlarını söyləyib. De Qreqori kilsədəki cinsi istismar hadisələrini inkar etməyib və o vurğulayıb ki, sorğu yalnız Vatikana yönəlməməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti