Kiberhücum III Dünya Müharibəsinə səbəb ola bilər?
Bəs terrorçuların elektron hücumları III Dünya Müharibəsini başlada bilər?
Tutaq ki, terrorçular Britaniyanın nüvə ehtiyatını idarə edən kompüter sistemləri üzərində nəzarəti ələ alır və “Trident” raketlərini Rusiyaya buraxır. Rus radiolokasiya sistemləri bu barədə Kremlə xəbərdarlıq edir. Rusiya prezidenti Vladimir Putin bunun qarşılığında dərhal cavab reaksiyası göndərəcək.
Göründüyü kimi, hərbi kompüterlərə kiberhücum etmək çox asandır. 2002-ci ildə Şotlandiyanın sistem administratoru və hakeri Qari MakKinnon ABŞ-ın hərbi kompüter şəbəkəsinə asanlıqla daxil olmuşdu. Qeyd edək ki, həmin vaxtdan etibarən təhlükəsizlik güclü inkişaf edib. İnkişaf etmiş ölkələrdə ən ağıllı kompüterlər artıq “hava boşluğu”ndan qorunmaq qabiliyyətinə malikdir. Başqa sözlə, həmin kompüterlər qapalıdır və xarici aləmlə heç bir elektron əlaqəsi yoxdur. Bu üsuldan ABŞ kəşfiyyatının təqib etdiyi, Pakistanın şimal-şərqində yerləşən Abbottabad şəhərində gizlənən Usama Bin Laden də istifadə edib. Bin Ladenin gizləndiyi müddətdə nə telefonu, nə də internet əlaqəsi olub. Əgər o öz yerini bəyan etmək istəyərdisə, kompüterdə mesaj göndərməklə bunu edə bilərdi.
Hazırda isə amerikalılar gözlənilməz kiberhücumdan ehtiyat edirlər. Belə ki, ABŞ-Çin münasibətləri gərgindir. Dil və mədəni maneələr dəf olunmazdır. Çünki ABŞ Çinin kiber-müharibə qabiliyyətinə bələddir.
AzVision.az