Xanımları çiyinlərinə alan kişilər 250 metr uzunluğundakı zolaqda maneələri dəf etməklə qaçmalıdırlar
Finlandiyada həyat yoldaşlarını kürəyində daşımaq üzrə ənənəvi çempionat keçirilib. Bu il yarışda 40 cütlük iştirak edib. Qalib gəlmək üçün kişilər xanımları kürəklərində 250 metr uzunluğundakı zolağı ən tez başa vurmalı, həmçinin bir neçə maneəni dəf etməli olublar. Ən yaxşı nəticəni turnirin favoriti Finlandiyadan olan cütlük göstərib. Onlar bu məsafəni 1 dəqiqədən bir qədər çox müddətə qət etməklə beşinci dəfə çempion adını qazanıblar.