Davudoğlu çağırış etdi

Davudoğlu çağırış etdi
  10 İyul 2013    Oxunub:1178
Türkiyə XİN rəhbəri Suriya Milli Koalisiyasının lideri ilə görüşüb
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya Milli Koalisiyasının rəhbəri Əhməd Cərba ilə görüşüb. Davudoğlunun iqamətgahında baş tutan görüş mətbuata qapalı şəkildə keçib. Görüşdən sonra tərəflərin verdiyi açıqlamada Davudoğlu Cəbrbanı təbrik edərək, Suriyanın tarixi bir mərhələdən keçdiyinə diqqət çəkib və xalqın birlik və bərabərliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

"Ümid edirəm ki, Suriyada tezliklə siyasi dəyişiklik gerçəkləşər, bütün Suriyada sülh bərqərar olar. Ümid edirik ki, ən azından Ramazan ayında qan axmaz. Suriya xalqının yanında olacağıq", - deyə Əhməd Davudoğlu bildirib.

Suriya Milli Koalisiyasının rəhbəri Əhməd Cərba isə Türkiyənin suriyalı qaçqınlara göstərdiyi qonaqpərvərliyə görə, Türkiyə hökumətinə minnətdarlığını bildirib. Cərba Suriyanın uzun illər ərəb aləminə qapalı bir qapı olduğunu və Türkiyə sayəsində həmin qapının açıldığını bildirib.


Teqlər:  





Xəbər lenti