Milli Şurada vəzifələr paylandı
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Sessiyada müzakirə olunan məsələlərlə bağlı jurnalistlərə açıqlama verib. O, bildirib ki, gündəlikdə duran birinci məsələ Milli Şuranın komitələrinin yaradılması olub:
“Bu məsələ ətrafında müzakirələr davam edir. Bununlla yanaşı yeni üzvlərin qəbulu və vahid namizədin seçki qərargahının yaradılması məsələsi də gündəliyə daxil edilib”.
Partiya sədrinin sözlərinə görə, Milli Şuranın artıq on qurumu razılaşdırılıb, komitələr yaradılıb və hər birinə rəhbərlər təyin edilib:
İqtisdadiyyat Komitəsi- rəhbəri Qubad İbadoğlu.
Sosial-siyasət Komitəsin-rəhbəri Eldar Əliyev
İctimaiyyətlə Əlaqələr Komitəsinə- rəhbəri Mehman Əliyev
Beynəlxalq Əlaqələr Komitəsi-rəhbəri Gültəkin Hacıbəyli
Etika Komitəsi -rəhbəri Nurəddin Mustafayev
Qarabağ Komitəsi-rəhbəri Cəmil Həsənli .
Yeni yaradılan Mitinq Komitəsinin isə rəhbərliyi hələlik müəyyənləşdirilməyib.
“Növbəti sessiyaya qədər rəhbərlik seçiləcək. İnsan hüquqları üzrə komitənin də rəhbəri hələ ki, məlum deyil. Hələlik strukturlar yeni yaranır və möhkəmlənməyib”- deyə S. Əkbər bildirib.
Milli Şura üzvü həmçinin əlavə edib ki, Gənclər komitəsi və bundan başqa Qadınlar komitəsi də yaradılıb. Hazırda isə onun rəhblərlərinin seçilməsi məsələsi müzakirə olunur.
Fatimə KƏRİMLİ