Qarabağda sahibkarlıq subyektlərinin sayı açıqlanıb

Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 188 (ümumi saya görə, 1,6%), Şərqi Zəngəzur iqtisadi rayonunda 52 (ümumi saya görə, 0,4%) təşkil edib. Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 6 (ümumi saya görə, 2,1%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 22 (ümumi saya görə, 0,6%) olub. Ötən ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda 6 (ümumi saya görə, 0,7%), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi saya görə, 0,6%) iri sahibkarlıq subyekti qeydə alınıb.
1 oktyabr tarixinə Qarabağ iqtisadi rayonunda 87 510 (ümumi saya görə, 6,4%), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5 876 (ümumi saya görə, 0,4%) fərdi sahibkar fəaliyyət göstərib.
AzVision.az
Teqlər: Qarabağ sahibkarlıq