XİN Serbiyaya başsağlığı verib

XİN Serbiyaya başsağlığı verib
  02 Noyabr 2024    Oxunub:263
Azərbaycan Xarici İşlər Nazirliyi Serbiyanın Novi Sad şəhərində baş vermiş faciəvi dağıntı nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Serbiyanın Novi Sad şəhərində baş vermiş faciəvi insan tələfatı və çoxlu sayda yaralı ilə nəticələnən dağıdıcı faciə bizi dərindən kədərləndirir. Yaxınlarını itirənlərin ailələrinə, dost Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq", - paylaşımda bildirilib.

AzVision.az


Teqlər: Azərbaycan   Serbiyat   başsağlığı  





Xəbər lenti