Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək

 Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək
  02 Noyabr 2024    Oxunub:1355
"Yaxın zamanlarda Qarabağda çövkən yarışları keçiriləcək".
Bu fikri Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, artıq bu istiqamətdə Gənclər və İdman Nazirliyi ilə bir sıra danışıqlar aparılıb: “Düşünürəm ki, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndi ərazilərində reallaşacaq".

Yorğa atların ölkə çempionatına start verilib
Federasiya rəsmisi Bakıda bu gün start götürən yorğa atların çempionatından da söz açIb. O, qeyd edib ki, çalışırlar ki, 3-cü dəfə təşkil olunan bu yarış gələcəkdə ənənəvi hala çevrilsin: "Azərbaycan Respublikası Atçılıq Federasiyası müasir atçılıq idman növləri ilə yanaşı, bizim qədim atüstü oyunlarına da böyük diqqət ayırır. Bu, Azərbaycanın qədim idman növlərindən biri hesab olunur. Məlum yarışlar vasitəsilə Azərbaycanda milli atçılığın inkişafına öz töhfəmizi verməyə çalışırıq".

Federasiyanın vitse-prezidenti Azərbaycanın yorğa atlarının beynəlxalq yarışlarda iştirakından da söz açıb. O qeyd edib ki, belə bir məsələ nəzərdə tutulur: "Biz artıq Türkiyədə keçiriləcək turnirə dəvət almışıq. Müəyyən planlarımız var və bununla bağlı işlər görməyə davam edirik. Yalnız ölkə daxilindəki çempionatlarda deyil, beynəlxalq turnirlərdə də layiqincə mübarizə aparmağa çalışırıq".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə yorğa atların ölkə çempionatı keçirilir . Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 50-dək yorğa atı öz gücünü sınayır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çempionat   Yorğa-At  





Xəbər lenti