Azərbaycanda qiyabi təhsil ləğv olunur

Azərbaycanda qiyabi təhsil ləğv olunur
  09 İyul 2013    Oxunub:1575
Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq.
AzVision.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Komitə sədri qeyd edib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq:

“Çünki bütün dünyada belə qəbul olunub. Keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra - 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar”.

Təhsil Nazirinin qiyabi təhsil alanların pedaqoji fəaliyyətinə qoyduğu qadağaya da münasibət bildirən Ş. Hacıyev deyib ki, bu birbaşa icraedici orqanın səlahiyyətində olan prosesdir, qanunvericiliyə heç bir aidiyyəti yoxdur.



Teqlər:





Xəbər lenti