Amnistiyanın icrası yekunlaşmaq üzrədir

Amnistiyanın icrası yekunlaşmaq üzrədir
  09 İyul 2013    Oxunub:1245
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə elan edilmiş amnistiya aktının Penitensiar xidmət üzrə icrası yekunlaşmaq üzrədir.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, iyulun 9-u tarixinədək aministiya aktı Penitensiar xidmət üzrə 2 268 nəfərə şamil olunub.

Onlardan 2 220 nəfəri azadlığa buraxılıb.

Aktın şamil edildiyi 248 nəfərin isə cəzalarının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Artıq bu sənədlərdə də əksini tapıb və onların cəza müddətinin sonu dəyişdirilib.

Hazırda Amnistiya aktının icrası davam etdirilir.

Ümumilikdə, Penitensiar Xidmət üzrə Amnistiya aktının icrası nəzərdə tutulan 4 ay müddətindən daha tez başa çatacaq.

Amnistiya Qərarının icrası Penitensiar Xidmətin müvafiq komissiyasının, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, Penitensiar Xidmət üzrə amnistiya aktının 2600-2700 nəfərə tətbiq olunacağı elan edilmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti