Bin Ladeni Pakistan gizlədirmiş
“Əl-Qaidə”nin keçmiş lideri Bin Laden altı müxtəlif məkanda gizlənməklə Pakistanda 9 il yaşayıb. Bin ladenin arvadlarının və onun mühafizəçilərindən birinin arvadının sözlərinə görə, Pakistanda yaşadığı 2002-2003-cü illərdə terrorçu tez-tez bazara gedirmiş. Bir dəfə sürətlə sürdüyünə görə onun avtomobili polis tərəfindən saxlanılır. Tezliklə avtomobili buraxırlar, lakin məsələ anlaşılmaz qalır: polisə susmağı üçün pul ödənilir, yoxsa o sadəcə arxa oturacaqda oturan Bin Ladeni tanımır.
Hesabatda Pakistan hökumətinin Bin Ladenin axtarışı üzrə buraxdığı səhvlərin siyahısı verilir. “Maraqlıdır, bütün rayon, yerli hakimiyyət, polis və təhlükəsizlik xidmətləri altı ildə qəribə formalı insanı sezməyiblər” – hesabatda deyilir. Eyni zamanda, Pakistan hakimiyyəti səhlənkarlıqda ittiham olunub.
“Əl-Qaidə” lideri Bin Ladenin 1998-ci ildən Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən axtarışda olan terrorçuların siyahısına düşüb. O, 2011-ci ilin mayın 2-də Abbotabadda öldürülüb. Bin Laden beton divarlarla və tikanlı məftillərlə əhatə olunmuş Abbotabaddakı villasında 2005-ci ildən gizlənirmiş.
ABŞ əməliyyat barəsində Pakistana məlumat vermədiyi üçün İslamabad son dərəcə neqativ reaksiya verib. Bu isə iki ölkənin münasibətlərinin korlanmasına gətirib çıxarıb.
AzVision.az