Misir azərbaycanlılar üçün vizanı asanlaşdırdı

Misir azərbaycanlılar üçün vizanı asanlaşdırdı
  09 İyul 2013    Oxunub:1473
Azərbaycandan fərdi və ya qrup şəklində Misirə turist kimi səfər edən şəxslər üçün viza tətbiqi asanlaşdırılır.

Bu barədə AzVision.az-a Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşlar Misirə gedərkən vizanı Azərbaycandan deyil, elə həmin ölkənin hava limanından ala biləcəklər. Həmçinin bu qərardan Mərakeş, Əlcəzair, Tunis, Çin, İordaniya, Livan, Türkiyə, Hindistan və Qazaxıstan vətəndaşları da yararlana biləcəklər.

Bundan əlavə, bir müddətdir vizalarını hava limanında əldə edən rus turistlər iyunun 1-dən avqustun 31-də dək viza ödənişlərindən azad olacaqlar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti