Millət vəkilindən sərt mesaj

Millət vəkilindən sərt mesaj
  09 İyul 2013    Oxunub:1446
“Sosial şəbəkələrdəki tərbiyəsizliklərin artması çox pis haldır”
“Sosial şəbəkələr həm də insanların ailə tərbiyəsinin bir güzgüsüdür. Başqalarına qarşı tərbiyəsizlik etməkdən zövq alanlar anlamırlar ki, onlar əslində elementar ailə tərbiyəsinə malik olmadıqlarını göstərirlər hər kəsə. Belələrinə ana-atalarınıza, onların sizə çəkdiyi zəhmətə rəhminiz gəlsin demək istərdim” AzVision.az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva öz feysbuk profilində paylaşıb : “İşlətdiyiniz çirkli ifadələr, həqarətlərlə siz heç kimsəyə heç nə edə bilmirsiniz və bilməyəcəksiniz. Sadəcə özünüzün ailə tərbiyəsindən məhrum olduğunuzu hamıya göstərib, valideynlərinizi qınaq obyektine çevirirsiniz vəssalam. Tənqid və təhqirin ayıra bilməyənlər ciddi düşünün. Sosial şəbəkələrdəki tərbiyəsizliklərin artması çox pis haldır və özünüzlə bərabər ailəniz, sonra isə toplum haqqında mənfi fikirlər formalaşdıra bilərsiniz”


AzVision.az



Teqlər:





Xəbər lenti