Moldova Ombudsmanı ətrafında yaranmış vəziyyət diqqətdədir

Moldova Ombudsmanı ətrafında yaranmış vəziyyət diqqətdədir
  08 İyul 2013    Oxunub:1328
“Biz hazırda Moldovadakı səfirliyimiz vasitəsilə məsələni ciddi nəzarətdə saxlayırıq ki, Moldovanın Ombudsmanı Aureliya Qriqoriu Moldovaya qayıdandan sonra repressiya və ya təzyiqlərə məruz qalmasın. Bu məsələni Azərbaycan tərəfi diqqətdə saxlayır”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan parlamentindəki məlum çıxışından sonra Aureliya Qriqoriunun başına gələnlər xoşagəlməz haldır.

AzVision.az


Teqlər:  





Xəbər lenti