Xırdalanda 56 yaşlı kişi özünü yandırıb

Xırdalanda 56 yaşlı kişi özünü yandırıb
  08 İyul 2013    Oxunub:1204
Abşeron rayonunun Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
Rayon Prokurorluğundan Apa-ya verilən məlumata görə, bu gün Xırdalan sakini, 1957-ci il təvəllüdlü Şamil Kamil oğlu Məmmədov şəhər qəbiristanlığında özünü yandırıb. Ş. Kamilov xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

İntihara səbəb kimi Ş. Kamilovun maddi durumunun pis olması göstərilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti