Kəmaləddin Heydərov tapşırıqlarını verdi
Nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbul zamanı müraciətlərin əksəriyyəti işə qəbul və qəzalı vəziyyətdəki evlərin təmiri ilə bağlı olub.
Nazir Kəmaləddin Heydərov vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib. Gün ərzində K.Heydərov tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bəziləri yerindəcə öz həllini tapıb.
Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
AzVision.az
Teqlər: