Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Tbilisi prospektinin cənub istiqamətinə Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsindən Akademik Şəfaət Mehdiyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində (Nəqliyyat Nazirliyinin inzibati binasının qarşısı) təmir tikinti işləri ilə əlaqədar olaraq yol bağlıdır. Sürücülərin alternativ olaraq Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələrindən istifadə etmələri xahiş olunur.