Sosial şəbəkələrdə Nazirliyin səhifəsi yaradılıb
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirliyin fəaliyyəti ilə bağlı yeni məlumatları istifadəçilər bu səhifələrdən də əldə edə bilərlər.
Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində Nazirliyin rəhbər şəxsləri tərəfindən ayda bir dəfəvətəndaşların təhsillə bağlı suallarının cavablandırılması nəzərdə tutulur.
Vətəndaşlardan xahiş olunur ki, təhsil sahəsi ilə bağlı sualları ilk növbədə Nazirliyin rəsmi elektron poçt ünvanlarına ([email protected], [email protected]) göndərsinlər.
Təhsil Nazirliyinin rəsmi internet saytında Nazirliyin Facebook və Twitter sosial şəbəkələrindəki rəsmi səhifələrinə keçidlər yerləşdirilib.
AzVision.az
Teqlər: