Nazir idmançılarımızla söhbət edib

Nazir idmançılarımızla söhbət edib
  08 İyul 2013    Oxunub:1135
Gənclər və idman naziri Azad Rəhimov Rusiyanın Kazan şəhərinə gələrək XXVII Ümumdünya Universiadasında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Universiada kəndində komandamızın yaşadığı binada yaradılmış şəraitlə tanış olan nazir idmançılarımızla söhbət edərək onlara uğurlar arzulayıb.

Nazir Azad Rəhimov komandamızın qərargahı, Universiada kəndinin yeməkxanası və digər obyektlərlə də tanış olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti