Moldova ombudsmanı Ermənistandan canını qurtardı
Vəkilin sözlərinə görə, Ermənistan paytaxtında otellərin birində gizlənən ombudsmanın təhlükəsizliyinin təmin olunması üçün Moldova tərəfi diplomatik qaydada Rumıniya və Gürcüstanın Ermənistandakı səfirliklərinə müraciət edib. Bu ölkələrin səfirliklərinin təmsilçilərinin köməkliyi ilə A.Qriqoriu İrəvan hava limanına aparılıb və o, artıq Ermənistanı tərk edib: «Bu işdə ona yardım edən Gürcüstan və Rumıniya səfirliklərinin nümayəndələrinin diplomatik toxunulmazlıq statusu var, ombudsmanın təhlükəsizliyi tam təmin olunub. Lakin onun hansı istiqamətdə aparıldığı açıqlanmır. Məndə olan məlumata görə, A.Qriqoriu artıq Ermənistanı sağ-salamat tərk edib».
Xatırladaq ki, Moldova ombudsmanı Aureliya Qriqoriu Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalıda azərbaycanlılara qarşı soyqırım törətməkdə günahlandırıb. Xanım ombudsmanın çıxışından sonra sosial şəbəkələrdə onun ünvanına çoxsaylı təhdidlər olub. Ötən gecə Moldovaya qayıtmaq istəyərkən ermənilər ombudsmanı nümayəndə heyətindən ayırıb, heyəti aeroporta aparan avtomobilə mindirməyiblər.
Teqlər: