Ağır yol qəzası: ölənlər və yaralananlar var

  06 İyul 2013    Oxunub : 539
Ağır yol qəzası: ölənlər və yaralananlar var
Faktlarla bağlı araşdırmalar aparılır.
İyulun 5-də saat 15.30 radələrində Lənkəran şəhərinin Viləvur kəndi ərazisində Masallı rayon sakinləri Mirzəhəsən Cahangirovun idarə etdiyi “Mercedes” markalı və Orucəli Şirəliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşınlar toqquşub.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə O. Şirəliyev hadisə yerində ölüb, xəsarət alan sərnişini, Viləvur kənd sakini Mübariz Rəsulov isə xəstəxanaya yerləşdirilib.

Digər qəza hadisəsi isə iyulun 5-də saat 19.00 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində baş verib. Qəsəbə sakini Tərlan Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla həmyerlisi Vladimir Lazarenkonun idarə etdiyi “M” markalı motosiklet toqquşub. Nəticədə xəsarət alan V. Lazarenko və sərnişini, Bakı şəhər sakini Fuad Allahverdiyev xəstəxanaya yerləşdiriliblər. V.Lazarenko orada ölüb.

İyulun 5-də saat 07.45 radələrində Lənkəran şəhərinin ərazisində şəhər sakinləri Balaxan Heydərovun da idarə etdiyi “VAZ-2107” və Zülfü Rəcəbovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan B.Heydərov və sərnişini, həmyerlisi Əmrah Heydərov ölüblər.

Hər 3 qəza ilə bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: