İbrahimbəyovun üçüncü dövlət qarşısında da öhdəliyi var!
Belə çıxır ki, SSRİ dağılandan sonra sovet pasportunu Rusiya Federasiyasının pasportuna dəyişən İbrahimbəyov o zaman Elçibəy hökumətini aldadıb və həm də Azərbaycan pasportu alıb. Və beləliklə də ikili vətəndaşlıq qazanıb.
Amma bunu dəqiqləşdirmək üçün müraciət etdiyimiz məlumatlı mənbənin AzVision.az-a verdiyi açıqlama lap maraqlı oldu. Onun verdiyi informasiyaya görə, İbrahimbəyov Azərbaycan və Rusiyadan başqa, üçüncü bir dövlətin də pasportunu gəzdirir. Yəni dolayısıyla, üçüncü dövlət qarşısında da müvafiq öhdəliklər daşıyır.
Həmin üçüncü dövlətin adını hələ ki dəqiqləşdirmək olmadı. Bu istiqamətdə araşdırmalarımız davam edəcək.
Maral
AzVision.az