Atəşkəs pozulub

Atəşkəs pozulub
  06 İyul 2013    Oxunub:1028
Düşmən cavab atəşi ilə susdurulub
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision. az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti