AZAL yeni reyslər açıb

AZAL yeni reyslər açıb
  06 İyul 2013    Oxunub:1439
“Azərbaycan Hava Yolları” bugündən Bakı-Dalaman aviareysi üzrə birbaşa uçuşlara başlayır.
AzVision.az şirkətə istinadən xəbər verir ki, uçuşlar həftədə bir dəfə olmaqla şənbə günləri saat 11-də həyata keçiriləcək.

Uçuş müddəti 3 saatdır.

Mövsumi xarakter daşıyan bu uçuşların avqustun 31-dək davam edəcəyi gözlənilir.

“AZAL” tərəfindən həyata keçirilən digər mövsümi uçuşlar - Bakı-Antalya-Bakı mayın 27-dən, Bakı-Bodrum-Bakı iyunun 14-dən, Bakı-İzmir-Bakı aviareysi iyunun 5-dən fəaliyyət göstərir.

Biletlərin ikitərəfli qiymətinə gəlincə, Bakı-Antalya-Bakı 495 manat, Bakı-Bodrum-Bakı 492 manat, Bakı-İzmir-Bakı 341 manat təşkil edir. Aviareyslər müvafiq olaraq sentyabrın 6-sı, 13-ü və 8-dək davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti