AXCP və Müsavat funksionerləri bir-birini təhqir etdi

AXCP və Müsavat funksionerləri bir-birini təhqir etdi
  05 İyul 2013    Oxunub:1423
“Ayıbına kor ol, barı sən danışma, ay 500 dollarlıq...”.
Müsavat Partiyasının üzvü, “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxanın AXCP sədri Əli Kərimli və bir sıra digər müxalifət partiyalarının sədrlərinə qarşı sərt sözləri müxalifət cəbhəsində yeni qalmaqala səbəb olub. Azər Ayxana cavab olaraq Əli Kərimlinin müavini Nurəddin Məmmədli bildirib ki, AXCP funskionerləri uzun müddətdir “Yeni Müsavat” qəzetinə hər-hansı bir açıqlama verməkdən imtina edirdilər. Onun sözlərinə görə, bu gün “Yeni Müsavat” qəzeti müstəqilliyini tam itirib və hakimiyyətin bir strukturu kimi fəaliyyət göstərir.

AzVision.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin redaktoru isə AXCP sədrinin müavininə “Facebook” sosial şəbəkəsində cavab verib. O, bildirib ki, Nurəddin Məmmədli kimi bir adamın müxalifətçilikdən, əqidədən, haqdan, ədalətdən danışmağa haqqı yoxdur. “Nurəddin Məmmədli öz liderini, partiya sədrini 500 dollarlıq maaşa satıb aradan çıxan birisidir. 2003-cü ildə Sərdar Cəlaloğlunu türmədə ola-ola Nurəddin Məmmədli bütün mənəvi hədləri aşaraq, ADP-dən AXCP-yə gəldi. Bunun da bircə səbəbi var idi: seçkidən sonra Rəsul Quliyev buna verdiyi aylıq məvacibi dayandırmışdı. Bu 500 dollarlıq siyasətmuzdur da ilk fürsətdəcə aradan çıxdı”.

A.Ayxanın sözlərinə görə, bu cür əxlaq sahibi indi gəlib, onlara mənəviyyat dərsi keçmək istəyir: “Sabah Əli Kərimli bunun maaşını kəssin, görün nə biabırçılıqlar edir. Bu adama heç AXCP-də də hörmət qoymurlar bildiyim qədər. Lağ-lağı, “prikol” hədəfidir partiyada. Kim kefini durultmaq istəsə onu ələ salıb əylənir”.

Azər Ayxanın yazdığı son sözlər isə daha kəskin olub. Belə ki, o Nurəddin Məmmədinin ünvanına bu sözləri deyib: “Ayıbına kor ol, barı sən danışma, ay 500 dollarlıq...”.

AzVision.az


Teqlər:  





Xəbər lenti