“Azərbaycan müxalifəti, deyəsən, seçkini xaricdə keçirməyə hazırlaşır”

“Azərbaycan müxalifəti, deyəsən, seçkini xaricdə keçirməyə hazırlaşır”
  05 İyul 2013    Oxunub:1281
“Əgər xalq - xalqdırsa, onu məğlub etmək mümkün deyil. Məncə, bunu Azərbaycanın millətçi, ölkə daxilində dayaqları olmadığından, əsaslanmaq üçün nöqtəni xaricdə axtaran müxalifəti də unudur. “Şuriklər” öz sədrlərini – Rüstəm İbrahimbəyovu ilk növbədə xaricə göndərdilər. Düzgün gedişdir! Çünki o, “Şuriklər” arasında yeganə insandır ki, onu Azərbaycanın hüdudlarından kənarda tanıyırlar. Ancaq Rüstəm İbrahimbəyovun buna nə dəxli var axı? Axı onu kinossenarist, dramaturq, kinorejissor kimi tanıyırlar və dünyada heç kim onun haqqında siyasətçi kimi eşitməyib”.

Bu sözlər ASDP həmsədri Araz Əlizadənin partiyanın saytında yerləşdirilən məqaləsindəndir. O, daha sonra yazır:

- Mən başa düşürəm, dünyada iki peşə var ki, onlar haqda hamı hər şeyi bilir. Bu – futbol və siyasətdir. Məhrum Visente Fiola, Braziliya yığma komandasını 1958-ci ildə ilk dəfə futbol üzrə dünya çempionu etmiş məşqçi (söz düşmüşkən, özü futbolçu olmayıb, vur-tut şahmat üzrə beynəlxalq dərəcəli usta idi), azarkeşlər onu və yığmanı haqsız qara-qışqırığa salanda, demişdi – bir fərsiz məşqçi Fiola ehtiyat oyunçular skamyasında oturur, bir fərsiz Pele meydanda ora-bura qaçır, iki yüz on beş min istedadlı Fiola və Pelelər isə “Marakana”nın tribunasında əyləşib. İndi, bizdə siyasətdə də belədir. Əgər kiminsə xətrinə dəyirlərsə və yaxud vəzifədən çıxarırlarsa, ya da deputat mandatından məhrum edirlərsə və yaxud hansısa obyektini itirirsə, həmin adam dərhal çevrilib müxalif siyasətçi olur. İstəyir hüquq müdafiəçisi olsunlar, istəyir siyasətçi – bu insanlar bütün dünyanı dolaşır və ümid edirlər ki, ən çox sevdiyim ədəbi qəhrəman, Ostap İbrahim Berta Mariya Bender bəy, qısası, Ostap Bender demişkən – “Qərb bizə kömək edəcək”. Qərbdə bu insanlara baxır və qənaətə gəlirlər ki, bu, “göz yaşları ovuclarının içində olanlar” heç də hüquq müdafiəçisi və yaxud siyasətçi yox, leytenant Şmidtin pul sədəqə istəyən uşaqlarıdır. Xarici fondlardan birinin nümayəndəsi mənimlə şəxsi söhbətdə dediyi kimi, bizim ölkəmizdə peşəkar “qranttəpişdirən” həddən artıq çoxdur...

Məncə, bizim müxalifət Azərbaycan Respublikası prezidentinin seçkilərini Azərbaycanın hüdudlarından kənarda keçirməyə hazırlaşır. Biriləri bu seçkiləri Amerika Birləmiş Ştatlarında, digərləri Almaniyada, bəziləri Türkiyədə, bir qismi də Rusiyada keçirmək istəəyərdi. Çünki onlara Azərbaycan xalqı gərək deyil, onlar başa düşürlər ki, Azərbaycan xalqı onların “dabbaqda gönünə” bələddir və onların lehinə səs verməyəcək. Və hətta bir idiot-demokratımız məhrəm xəyalını da səsləndirmişdi ki, “kaş, bizi də bombalayaydılar, biz də az-maz ölkənin sükanı arxasında olardıq”. Biz bax bu qədər bədbəxtik ki, bu dərəcədə miskin, necə deyərlər, millətçi-demokratik müxalifətimiz var.
Məncə, haqlıyam.


Teqlər:  





Xəbər lenti