Erməni silahı susmaq bilmir

Erməni silahı susmaq bilmir
  05 İyul 2013    Oxunub:1330
Erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti