“Prodakşnlara vəsaitin ödənilməsinə yaxın günlərdə başlanılacaq”
Az.Vision.az xəbər verir ki bu sözləri MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, artıq bu sahə ilə məşğul olan çoxsaylı jurnalist kollektivi var. İxtisas baxımından təhlillər aparmaq üçün Televiziya Akademiyasının yaradılmasına ehtiyac var.
N.Məhərrəmli teleradio verilişləri ilə bağlı Dövlət Fondunun yaradılmasına da ehtiyac olduğunu deyib. MTRŞ sədrinin sözlərinə görə, zamanı gəlincə bununla bağlı təklifimiz olacaq.
N.Məhərrəmli telekanllarda bədii şuraların yaradılmasına da münasibət bildirib: “Xəzər TV, İTV və ANS telekanalı Bədii Şuraların yaradılması ilə bağlı məktub göndərib. ANS-in göndərdiyi məktubda Bədii Şuralarda təmsil olunanlar siyahısına ancaq telekanal rəhbərlərinin adları qeyd olunur. Onlar dilçi mütəxəssislər kimi təqdim olunur ki, bu da doöru hal deyil. Yalnız mütəxəssislərdən ibarət Bədii Şura yaradılmalıdır. 2013 –cü ilin sonuna kimi bu məsələ həl olunacaq”.
MTRŞ sədri serialla çəkilişlərinin prodakşnlara həvalə olunması məsələsi hələ də açıq qaldığını bildirib. “Telekanallara bununla bağlı 400 min manat vəsait ayrılıb. Bu günlərdə vəsaitin ödənilməsi ilə bağlı işlərə başlanılacaq”.
Fatimə KƏRİMLİ