Xarici işlər naziri İtalya səfirilə görüşüb

Xarici işlər naziri İtalya səfirilə görüşüb
  04 İyul 2013    Oxunub:1197
Nazir Elmar Məmmədyarov İtaliyanın ölkəmizdəki səfiri Mario Baldinini qəbul edib.
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın ölkəmizdəki səfiri Mario Baldinini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnun olduğunu bildirmiş və səfir Mario Baldiniyə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəyə görə təşəkkür etmişdir. Nazir, həmçinin italiyalı diplomata gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

İtaliyanın səfiri Mario Baldini Azərbaycan-İtlaiya münasibətlərinin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edərək, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.

Görüşdə ortaq maraq kəsb edən digər məsələlər də müzakirə edilib.


Teqlər:  





Xəbər lenti