Azərbaycan-Britaniya əlaqələri müzakirə olundu

Azərbaycan-Britaniya əlaqələri müzakirə olundu
  04 İyul 2013    Oxunub:1219
SAM Londonda “Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində” mövzusunda konfrans keçirib.
Bu gün London şəhərində (Böyük Britaniya) SAM-ın və Birləşmiş Krallığın Müdafiə və Təhlükəsizlik Tədqiqatlar İnstitutunun (Royal United Services İnstitute for Defence and Security Studies (RUSİ) birgə təşkilatçılığı ilə "Siyasi gündəliyin əhatəsini genişləndirmək: Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində” mövzusunda konfrans keçirib.

SAM-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, konfransda "Maliyyə böhranı zamanı Avropanın Cənubi Qafqaza yardımı”, "Dağlıq Qarabağ münaqişəsində Böyük Britaniyanın rolu”, "Britaniya-Azərbaycan: əməkdaşlıq üçün perspektivlər” kimi mövzular müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, SAM-ın direktoru Fərhad Məmmədov, direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Zaur Şiriyev daxildir.

Tədbirdə Avropa Birliyi Naziri David Lidinqton, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Xəzər İbrahim, Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Piter Beytman, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və s. iştirak ediblər.


Teqlər:  





Xəbər lenti