“Jurnalistlər tənqidi qəbul etmirlər”

 “Jurnalistlər tənqidi qəbul etmirlər”
  04 İyul 2013    Oxunub:973
Bəxtiyar Sadıqov: “Telekanallar qüsurları aradan qaldırmağa çalışmalıdırlar”
“Aparıcı ədəbi dilin pozulması hallarına yol verirsə, onda bu barədə təsəvvür yoxdursa, bu, ümumi nitq mədəniyyəti səhvidir. Bir nəfərin səhvi deyil”.

Az.Vision.az-ın məlumatına görə, bu sözləri Dilçilik İnstitutunun telekanallarda ədəbi dilin normalarının qorunması ilə bağlı keçirdiyi monitorinqin nəticələrinə münasibət bildirən millət vəkili Nizami Cəfərov deyib.

O bildirib ki, əgər cümlə qrammatik olaraq düzgün qurulmursa, bu o deməkdir ki, həmin şəxsin buna təfəkkürü çatmır: “Bəzi cümlələr hind-avropa dillərinin qrammatikasına uyğun, yəni cümlənin mübtəda və xəbərini cümlənin əvvəlində deməklə qurulur. Aparıcı üçün onun xarici görünüşü, televiziya üçün tələb olunan estetika ilə yanaşı peşəkar fəaliyyəti də vacibdir”.

Millət vəkili Bəxtiyar Sadıqov da tədbirdə monitorinqlə bağlı fikirlərini səsləndirib.

O qeyd edib ki, dövlət dilinin qorunması ilə bağlı dövlətin dəstəyi var. istər çap, istərsə də elektron media dilin qorunmasına çalışmalıdır, dil üzərində işləməlidir:

“Təəssüf ki, jurnalistlər çox zaman onlara qarşı olan tənqidləri qəbul etmirlər. Bundan inciyirlər. Amma fikrimcə, telekanallar monitorinqlə tanış olmalı və bu hesabatdan inciməməlidirlər. Onlar daha çox qüsurları aradan qaldırmağa çalışmalıdırlar ”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti