Jurnalistlər hansı sahədə ekspert çatışmazlığından əziyyət çəkir - SORĞU
Lakin bu məsələdə təəsüfəndirici bir fakt mövcuddur ki, jurnalistlər ekspert qıtlığı çəkirlər. Hətta elə sahələr var ki, o sahə üzrə ümumiyyətlə, ekspert yoxdur. Məsələ ilə bağlı AzVision.az jurnalistlər arasında sorğu keçirib.
Trend informasiya agenliyinin müxbiri Murad Əliyev :
-Mən parlament müxbiri olduğum üçün, axtardığım ekspertlər də, əsasən deputatlar arasında olur. Onlardan da ən çətin tapılanları hüquq sahəsi üzrə fəaliyyət göstərən ekspertlərdir. Daha doğrusu hamısının yerini bilirəm, sadəcə çox vaxt telefonla əlaqə qurmaq çətin olur.”
Modern.az saytının əməkdaşı Gültəkin Ələsgər:
-Ümumiyyətlə, yaxşı mütəxəssisi günün-günorta çağı, projektorla axtarırıq. Məsələn, tibbi psixologiya, həmçinin təhsil, sosiologiya sahəsində də iki-üç nəfər gözə tutulası mütəxəssis var. Hansı bir jurnalist sosial sahədən yazırsa, o saat ağlına gələn mütəxəssis Əhməd Qəşəmoğlu olur. Hüquq Mühafizə və Memarlıq sahəsində də mütəxəssiz qıtlığı var.
“Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov :
- İstehlakçı hüquqları, internetlə bağlı ekspert bir nəfərdir. Eyyub Hüseynov və Osman Gündüz hər dəfə bu adamları nə qədər danışdırmaq olar? Oxucunu da nəzərə alıb, başqa mütəxəssislərin də fikirlərini vermək zəruridir. Amma sözügedən sahələr üzrə, onlar kimi o səviyyədə danışacaq ekspert tapmaq olmur.”
Aznews.az saytının əməkdaşı Bahar Rüstəmli :
-Teatr sahəsində ekspert tapmaq çətindir.Səhiyyədən heç danışmıram.Kimi axtarırıq, hansı sualı soruşmaq istəyirik, daşa dəyirik. Bir təəsüfləndirici halda var ki, olan ekspertlərdə danışmaq istəmir.
Nə var ki, orada hansısa təşkilatdan qrant alırlar.O ekspertlərin biri belə rayonlara getmir, yalandan hesabat yazırlar.
APA informasiya agentliyinin müxbiri Könül Kamılqızı:
-Elə sahələr var ki, buradan açıqlama almaq, fikir öyrənmək müəyyən qədər çətin olur. Mənim fikrimcə, əsasən səhiyyə sahəsində ekspert tapmaq çətindir. Bəlkə də bu sahədə ekspertlər çoxdur. Amma onların bir çoxu danışmaq istəmir, bəziləri isə danışmaq üçün Səhiyyə Nazirliyinin icazəsini tələb edirlər. Bu isə müəyyən problemlər yaradır.
Bir də son zamanlar hansısa baş vermiş hadisə ilə bağlı Təhsil Nazirliyindən vaxtında müvafiq cavab almaq çətinlik törədir. Düzdür, göndərilən sorğuya müəyyən zamandan sonra cavab göndərilir. Amma bu cavab bəlkə də gecikmiş olur.”
İnterfax agentliyinin müxbiri Fərdin İsazadə :
-Düşünürəm ki, beynəlxalq və daxili sahədəki hadisələri şərh edə biləcək jurnalistlərin sayı kifayət qədərdir. Hesab edirəm ki, bununla baglı problem yoxdur, ixtisaslaşmış jurnalist bununla problem yaşamamalıdır. Əsas məsələ odur ki, müxbir eksperti seçəndə onun kommentlərinin reallığını əks etdirməlidir.”
1 news.az saytının müxbiri Cəfər Ağadadaşov
-Təhsil sahəsində,ekspert tapmağa çətinlik çəkirəm.
AzVision.az saytının əməkdaşı Nihadə Eyyubova
-Hansısa bir məsələni şərh etmək, həmin məsələyə aydınlıq gətirmək üçün ekspert tapmaqda çətinliyim olur. Məsələn, səhiyyə ilə bağlı nəsə yazmaq lazım olanda konkret bir ekspert tapmaq olmur. Yaxud da ki, təhsil sahəsini götürək, təhsillə bağlı açıqlama almaq üçün,ancaq Etibar Əliyevə və Şahlar Əsgərova müraciət edəsi oluram. Başqa ekspert tanımıram ki,ona da müraciət edim. Hiss olunur ki, ekspert qıtlığı var.
Günəş FƏRHADLI