MTRŞ sədri `Like` haqqında danışdı

MTRŞ sədri `Like` haqqında danışdı
  04 İyul 2013    Oxunub:1195
Nuşirəvan Məhərrəmli: “Regional telekanalların aparıcılarının dialektdən istifadəsi qəbulolunandır”
Bu gün ümumrespublika yayımı ilə məşğul olan televiziyaların aparıcıları Azərbaycan dil normalarını pozur, küçə, bazar üslubunda danışırlar.

AzVision.az xəbər verir ki, bu sözləri Milli televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli televiziyalarda ədəbi dil normalarına riayət edilməsi ilə bağlı monitorinqin nəticələrinə həsr olunmuş tədbirdə səsləndirib.

Şura sədri vurğulayıb ki, qloballaşma şəraitində telekanalların dil normalarına əməl etməmələri təəəssüfləndirici haldır:

“Bu gün gənclər arasında “Like” ifadəsi dəb halını alıb. Amma telekanallar dilin bu kimi ifadələrlə zibillənməsinin qarşısını almalıdır. Lakin bu gün ümumrespublika yayımı həyata keçirən televiziya aparıcılarının dilində dil normalarının pozulmasını tez-tez müşahidə edirik. Aparıcılarda efirdə xalq danışıq dilindən istifadə etmək kimi yanlış fikir formalaşıb. Baxmayaraq ki, televiziya aprıcıları bu məsələdə diqqətli olmalıdı”.

N.Məhərrəmli həmçinin aparıcıların dialekt sözlər və jarqon ifadələrdən istifadəsinə də toxunub: “Ümumrespublika yayımı ilə məşğul olan telekanalların aparıcıları dialektlə danışa bilməz. Regional telekanalların aparıcılarının dialektdən istifadəsi qəbul olunandır”.
Şura sədri vurğulayıb ki, telekanallarda ilk təhsilini Azərbaycan dilində almayan aparıcılar var. Ona görə də, onların cümlələrinin quruluş və tələffüzündə nöqsanlar olur.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti