Elşad Abdullayev Parisdə tikinti şirkəti yaradıb

Elşad Abdullayev Parisdə tikinti şirkəti yaradıb
  04 İyul 2013    Oxunub:1548
Sabiq rektor Fransa paytaxtında xeyli daşınmaz əmlak alaraq inşaat biznesinə girişib
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, məşhur “mandat alveri” videolarının müəllifi Elşad Abdullayev hazırda qaçıb sığındığı Fransada inşaat və daşınmaz əmlak biznesinə girişib. Özünü zərərçəkən kimi göstərən sabiq rektor paytaxt Parisdə tikinti şirkəti təsis edib.

Bu məlumat virtualaz.org-a Fransa paytaxtındakı mötəbər mənbələr tərəfindən verilib. Xəbədə deyilir ki, E.Abdullayev sözügedən tikinti şirkətini ilin əvvəlində təsis etsə də, onu iki ay əvvəl, daha dəqiq desək, mayın əvvəllərində rəsmi dövlət qeydiyyatından keçirib və lisenziya alaraq fəaliyyətə başlayıb.

Mənbəmizin məlumatına görə, Fransa paytaxtının dəbdəbəli səmtində özünə ofis açan E.Abdullayevin tikinti şirkəti hazırda paytaxt Parisdə bir neçə iri inşaat layihəsinin icrasında iştirak edir. Xəbərdə deyilir ki, sabiq rektor bununla da kifayətlənməyərək daşınmaz əmlak və renta biznesinə də sərmayə yatırmaqda davam edir. O, son bir neçə ay ərzində Parisin müxtəlif məhəllələrində bir neçə mülk alaraq onları icarəyə verib.

Elşad Abdullayevin Avropada biznesə yatırdığı vəsaitin (bu isə təbii ki, azı milyonlarla ölçülür) mənbəyinə gəlincə isə burada qaranlıq heç nə yoxdur. E.Abdullayev Azərbaycanda rüşvətxorluğun və korrupsiyanın inanılmaz həddə çatdığı bir ali məktəbin sahibi olub və uzun illər ərzində həcmi milyonlarla ölçülən kapital yığıb. Mətbuatın indiyə qədər yazdıqlarına əsaslanıb bəzi rəqəmləri yada salaq. ABU-ya daxil olmaq üçün 2500-3000 manatdan 5000-6000 manatadək rüşvət verən tələbə 4 illik təhsil dövründə hər il azı 2000-2500 dollar təhsil haqqı, üstəlik, hər semestr imtahanlarında qiymət almaq üçün əlavə olaraq 400-500 manat (ildə 800-1000 manat) rüşvət ödəməyə məcbur edilirdi. Tələbə ali məktəbi bitirəndə isə diplomu da ona zorla 1000-1500 manata satırdılar. ABU-da bu minvalla dövr edən “qara pullar”ın həcmi on milyonlarla ölçülürdü.

Etibarlı qaynaqların bildirdiyinə görə, sabiq rektor Avropaya gedərkən Azərbaycandan 14 milyon dollar vəsait çıxara bilib. E.Abdullayevin Avropanın ən bahalı şəhərlərinin birində böyük biznesə girişməsi həm bu baxımdan, həm də Fransa xüsusi xidmət orqanlarının ona himayədarlığı nöqteyi-nəzərindən təəccüblü deyil.


Teqlər:  





Xəbər lenti