Nazirlikdən Xalq artislərinin qalmaqalı ilə bağlı AÇIQLAMA

Nazirlikdən Xalq artislərinin qalmaqalı ilə bağlı AÇIQLAMA
  04 İyul 2013    Oxunub:1208
Mədəniyyət və Turizm Nazirliyi son günlər ölkə mətbuatının gündəmindən düşməyən Xalq artistlərinin qalmaqalına münasibət bildirib.
AzVision.az-a nazirliyin mətbuat xidmətinin mətbuat katibi İntiqam Hümbətov açıqlamasında bildirib ki, nazirlik tərəfindən də bu hal xoş qarşılanmır.

“Onların hər biri cəmiyyətdə tanınan sənətkarlardır. Təbii ki, bu hallar bizim tərəfimizdən də arzu olunan deyil. O sənətkarların yaradıcılığı, onların fəaliyyəti, Azərbaycan mədəniyyətinə göstərdikləri xidmətlər daim nazirlik tərəfindən diqqətlə izlənilir. Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Belə xoşagəlməz hallar tək sənət sahəsində deyil, digər sahələrdə də ola bilər. Ancaq onlar belə tanınmadıqları üçün o qədər də ictimailəşmir”.

“Biz istəyirik ki, bu söz-söhbətlərə son qoyulsun”-deyə, İ.Hümbətov əlavə edib.

Qeyd edək ki, son günlər Aygün Kazımova, İlhamə Quliyeva, Nazpəri Dostəliyeva və digər sənətçilər arasında qalmaqal yaşanır. Onlar sosial şəbəkələrdə, eləcə də mətbuatda bir-birlərinin ünvanına təhqiredici ifadələr işlədirlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti