“Xalqımız İlham Əliyevə inanır”

“Xalqımız İlham Əliyevə inanır”
  04 İyul 2013    Oxunub:1207
“Azərbaycan reallıqlarının təhrif olunmasının qarşısının alınmasında gənclər xüsusi fəallıq nümayiş etdirməlidirlər”
"10 illik təcrübəyə əsaslanan xalqımız qarşıdakı 5 ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarının davam etdirilməsinə inanır".

AzVision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov YAP Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turunun iştirakçıları və region gəncləri ilə bu gün keçirilən görüşündə çıxışı zamanı deyib.

Ə. Əhmədov bildirib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir.
Qarşıdakı prezident seçkilərində öz sıralarında 600 min nəfərdən artıq siyasi həmfikri birləşdirən YAP-ın qarşısında duran vəzifələrdən ətraflı söhbət açan sədr müavini seçki kampaniyasında hər bir gəncin fəal təbliğatçı olmasının vacibliyini diqqətə çatdırıb:
"Hər dəfə seçki kampaniyası dövründə cəmiyyətdə müxtəlif qabarmalar yaranır. Müxtəlif maraqlı dairələr bu dövrdə fəallaşır, əldə olunmuş nailiyyətlərə kölgə salmağa çalışırlar. Azərbaycan reallıqlarının təhrif olunmasının qarşısının alınmasında gənclər xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bu işdə gənclərin gücündən səmərəli istifadə olunmalıdır. Onlar seçki kampaniyasında mövcud olan bütün resurslardan istifadə etməklə seçkilərin yüksək səviyyədə keçirilməsinə töhfələrini verməlidirlər".

Görüşdə çıxış edən gənclər də bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Daha sonra YAP Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turunda iştirak edən, bu il magistraturaya daxil olan və hərbi xidmətə getməyə hazırlaşan gənclərə xeyir-dua verilib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulanıb.

Xatırladaq ki, gənclərin intellektual səviyyəsinin daha da yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil edilməsi baxımından əhəmiyyətli layihə olan, gənclər üçün təcrübə və bilik mənbəyi hesab edilən YAP Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turu iyulun 6-dək davam edəcək.


Teqlər:  





Xəbər lenti