ABŞ İbrahimbəyova “yox” deyib

ABŞ İbrahimbəyova “yox” deyib
  04 İyul 2013    Oxunub:1311
`Dedilər ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır`

Milli Şuranın namizədi, kinodramaturq Rüstəm İbrahimbəyov Rusiyanın “Moskovskiy Komsomolets” qəzetinə müsahibə verib. “Siyasət səhrasının bəyaz günəşi” başlıqlı müsahibədə o, ABŞ və Rusiyada keçirdiyi görüşlərdən də danışıb.

AzVision.az xəbər verir ki, İbrahimbəyov ABŞ-da Dövlət Departamentində, Konqressdə, ictimai təşkilatlarda görüşlər keçirdiyini deyib.

- Həm Moskvada, həm də Amerikada mən eyni cavabı almışam: “Azərbaycan enerji və təhlükəsizlik məsələlərində bizim dünyadakı strateji tərəfdaşımızdır”. Cavablar hamısı bu cür idi, eyni idilər... Mənə deyirdilər ki, konkret olaraq heç bir namizədə dəstək verməyəcəklər – nə mənə, nə Petrova, nə Sidorova, nə də Azərbaycanın indiki prezidentinə. Deyirdilər ki, onlar Azərbaycanda ədalətli seçkilərin keçirilməsini istəyirlər və buna yardım edəcəklər,- deyə İbrahimbəyov müsahibəsində bildirib.

AzVision.az



Teqlər:  





Xəbər lenti