Hava dəyişkən buludlu olacaq
Havanın temperaturunun gecə 19-23, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.
Bölgələrdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalı - Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.