Gənclərimizdən növbəti uğur

Gənclərimizdən növbəti uğur
  03 İyul 2013    Oxunub:1100
Gənclərimiz daha bir beynəlxalq festivaldan uğurla döndülər
İyunun 25-dən 28-dək İnquşetiya Respublikası, Rusiya Gənclər Birliyi və Rusiya Federasiyasının Elm və Təhsil nazirliyi, eləcə də Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Nazran şəhərində keçirilən “Tələbə Baharı Qafqazda” Beynəlxalq festivalında Azərbaycan gəncliyi daha bir uğuruna imza adıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, festivalın ilk günündə iştirakçı ölkələrin təqdimatı keçirilib. Təqdimatda Azərbaycan mətbəxinin ən gözəl nümunələri, şirniyyat və meyvələri eləcə də müxtəlif əl işləri, Azərbaycan xalçası, milli suvenirləri nümayiş olunub. Milli rəqs və musiqilərimizin təqdimatından sonra digər iştirakçı ölkələrə nümayəndə heyətimiz adından hədiyyələr təqdim olunub.

Növbəti gün baş tutan festivalda Azərbaycan milli rəqsi, dünya və milli musiqilərimiz ifa olunub. İnquşetiyanın və Rusiyanın dövlət və hökumət nümayəndələrinin də iştirak etdiyi konsert 15 ölkədə canlı yayımlanıb. İfalar zamanı fonda Azərbaycanın tarixi yerləri və mədəniyyət abidələri isə proqrama xüsusi rəng qatan Festivalda gənclərimizin çıxışı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Sonda təşkilatçılar tərəfindən nümayəndə heyətimizə “Tələbə Baharı” festivalının laureat diplomları və hədiyyələri təqdim olunub. Konsertdən sonra İnquşetiya Respublikasının başçısı cənab Yunus-bek Yevkurov Azərbaycan nümayəndə heyətini qəbul edərək azərbaycanlı tələbələrin çıxışlarını xüsusi ilə vurğulayıb. Görüşdə ölkələrin qarşılıqlı dostluq münasibətlərinin inkişafı, gələcəkdə gənclər sektorunda irəli sürüləcək təşəbbüslər müzakirə olunub.


Teqlər:  





Xəbər lenti