Mikayıl Cabbarov koreyalılarla görüşüb
AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması” layihəsi müzakirə edilib.
İranın və İsrailin səfirləri Möhsin Pakayin, Rafael Harpaz ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.