Daha bir ölkə Xocalı soyqırımı ilə bağlı Bəyanat verdi

Daha bir ölkə Xocalı soyqırımı ilə bağlı Bəyanat verdi
  03 İyul 2013    Oxunub:1099
İordaniya Senatı tərəfindən Xocalı Soyqırımı ilə bağlı qəbul edilmiş Bəyanat verdi
AzVision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə. İordaniya Senatı tərəfindən Xocalı Soyqırımı ilə bağlı qəbul edilmiş Bəyanatın mətni belədir:

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının toplantısında Xocalı qırğını ilə bağlı qəbul olunmuş qərarlara uyğun olaraq və sözügedən qırğının 20-ci ildönümü ilə əlaqədar, habelə Senat nümayəndə heyətinin Azərbaycana gerçəkləşdirdiyi səfəri fonunda Senat:

- Xocalıda müsəlman Azərbaycan xalqının məruz qaldığı və eyni zamanda insan hüquqlarına qarşı zorakılıq hesab edilən təcavüzü,

- həmçinin məscidlərə və müqəddəs islam abidələrinə qarşı törədilmiş zorakılığı, bunun nəticəsində İslam irs və mədəniyyətinə üzr vermiş ağır itkini pisləyir,

- Ermənistanla Azərbaycan arasındakı münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycan suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlinə,

- habelə BMT Təhlükəsizlik Şurasının bu barədə qəbul etdiyi qətnamələrin icrasına çağırır,

- Senat İordaniyanın münaqişələrin sülh yolu ilə həllinə, habelə xalqlar arasında məhəbbət, tərəqqi və inkişafa aparan yollarla insan həyatının zənginləşdirilməsi istiqamətində əməkdaşlıq əvəzinə kin-küdurət və müsibətlər toxumu səpən zorakılıqdan və qarşıdurmadan uzaq olaraq, xalqlar arasında sülh və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə çağıran daimi mövqeyini bir daha dəstəkləyir,

- Senat dövlətləri ağır məişət şəraiti ilə üzləşən azərbaycanlı qaçqın və məcburi köçkünlərə öz yurd-yuvalarına qayıdanadək humanitar yardımlara göstərməyə səsləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti