Neftçalada ər arvadını öldürüb

Neftçalada ər arvadını öldürüb
  03 İyul 2013    Oxunub:1312
Neftçalada ər arvadını qətlə yetirib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, rayonun Uzunbabah kənd sakini 47 yaşlı Bayramov Soltan Yusif oğlu təxminən saat 00.30 radələrində arvadı Bayramova Aynurə Xanoğlan qızını aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə zərbə endirməklə qəsdən qətlə yetirib.

Hadisə yerinə və meyitə baxış keçirilib. Meyit daxili müayinə olunması üçün məhkəmə tibbi ekspertinə təqdim olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti