Müəllimlərlə bağlı yeni layihə müzakirə olunub

Müəllimlərlə bağlı yeni layihə müzakirə olunub
  02 İyul 2013    Oxunub:1151
Bu gün təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndələri, İran İslam Respublikasının və İsrail Dövlətinin ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib.

Görüş zamanı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin yaradılması” layihəsi müzakirə edilib.

AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İran İslam Respublikasının səfiri Möhsün Pakayin və İsrail Dövlətinin səfiri Rafael Harpaz ilə keçirilmiş ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti