Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun əmrlərilə Baş prokurorun köməkçisi Valeh Səmədov, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsinin prokuroru Zakir Müslümov və Laçın rayon prokuroru Mübariz Bayramov tutduqları vəzifələrdən azad edilərək müvafiq olaraq Quba, Şamaxı və Şabran rayon prokuroru vəzifələrinə təyin ediliblər.