Şəfiqə Məmmədova Prezidentə məktub yazıb

Şəfiqə Məmmədova Prezidentə məktub yazıb
  02 İyul 2013    Oxunub:6907
Azərbaycanın Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatı laureatı, professor Şəfiqə Məmmədova prezident İlham Əliyevə məktub yazıb.
AzVision.az xəbər verir ki, Xalq artisti İlham Əliyevə təşəkkürünü bildirib.

“Azərbaycan mədəniyyətinə diqqətiniz və bu mədəniyyəti yaşadan incəsənət xadimlərinə qayğınız bizi qürurlandırır. Milli teatrımızın 140 illiyi münasibətilə məni “Şərəf” ordeninə layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirir, sayğı dolu minnətdarlığımı ərz edirəm. Yaradıcılığıma verdiyiniz yüksək qiymət mənim üçün çox dəyərlidir. Mədəniyyətimizə olan münasibətdə ulu öndər Heydər Əliyev ənənələrini yaşatmağınız hər birimizdə sağlam və işıqlı gələcəyə inamı daha da artırır. Biz hələ uzun illər Sizdən bu qayğını görəcəyimizə əminik.

Zati-aliləri, Sizə bir daha təşəkkür edir və Azərbaycanın rifahı naminə apardığınız ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”-deyə, Ş.Məmmədova məktubda qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti