Oqtay Şirəliyev vətəndaşlarla görüşəcək

Oqtay Şirəliyev vətəndaşlarla görüşəcək
  02 İyul 2013    Oxunub:1227
Səhiyyə naziri Oqtay Şirəliyev 13 iyul 2013-cü il tarixində saat 11:00-da Qusar Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

AzVision.az Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazir Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Qubadlı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

AzVision.az



Teqlər:  





Xəbər lenti