İsa Sadıqov axtarışdadır
Tədbirdə bildirilib ki, həmin döyüş əməliyyatı düzgün aparılmayıb və bununla bağlı cinayət işi açılıb. Döyüş əməliyyatına görə aparılan istintaqla baglı həlak olan döyüşçülərin ailələri dəfələrlə hərbi prokurorluğa müraciət ediblər. Hərbi prokurorluğun xüsusi istintaq şöbəsinin böyük müstəntiqi Ülvi Əhmədov bildirib ki, həmin döyüş əməliyyatı 707 sayılı hərbi komandanlıq tərəfindən özbaşına aparılıb və düzgün təşkil edilməyib : ”Bu əməliyyatı o zaman İsa Sadıqov aparıb. Bir sıra kütləvi informasiya vasitələrində xəbərlər gedib ki, kimlərinsə milli şuraya daxil olması ilə bağlı cinayət işi başlanılıb. Amma deyim ki, bu cinayət işi 1993-cü ildə başlanılıb. Cinayət işi başlanılıb, ekspertizalar təyin olunub, zərərçəkənlər dindirilib və müəyyən sənədlər toplanılıb. Ancaq işin tam obyektiv aparılması təmin olunmayıb. Bunun üçün müəyyən obyektiv və subyektiv səbəblər olub. 2001-ci ildə cinayət işi, Respublika Hərbi Prokurorluğunda öyrənilərkən, müəyyən olunub ki həmin 31 nəfər şəxsin ölümündə bilavasitə 707 saylı hərbi hissənin komandanlığının və eləcədə bir sra vəzifəli şəxslərin günahkar olmalarına dəlalət edən sübutlar var. İstintaq zamanı məlum olub ki, 707 saylı hərbi hissənin komandiri İsa Sadıqov tərəfindən 29 dekabr 1992-ci ildə özbaşına keçirilmiş əməliyyat, birinci ordu komandiri, sabiq müdafiə naziri Dadaş Rzayev tərəfindən razılaşmayıb. Bu döyüş əməliyyatının keçirilməsi ilə bağlı yuxarı komandanlığa hər hansı bir məlumat verilməyib. Azərbaycan Respublikasının hərbi prokurorluğunun xüsusi istintaq şöbəsində, qanunun aliliyinə və cinayət məcəlləsinin tələblərinə uyğun olaraq istintaqı hərtərəfli aparmaqla işdə olan sübutlara görə belə nəticəyə gəlinib ki, 707- sayılı hərbi hissənin komandiri Sadıqov İsa Nəzər oğlu Azərbaycan Respublikasnın cinayət məcəlləsinin 341.3 maddəsi ilə yəni vəzifəli şəxs kimi öz vəzifə səlahiyyətlərini aşıb.
Bununla bağlı 2013-cü il, 12 iyun tarixində axtarış elan olunub. Çünki sözü gedən şəxs dəfələrlə istintaq prossesinə çağırılsa da, gəlməyib, müxtəlif bəhanələrlə istintaqdan yayınıb. Onun Azərbaycanın hüdudlarından kənarda olması və istintaqdan yayınmasının, azadlıqda qalarsa istintaqın gedişinə mane olacağını, cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırcağını əzərə alınaraq, Bakı hərbi məhkəməsi tərəfindən onun barəsində 12 iyun 2013 cü il tarixində axtarış və qəti həbs imkan tədbiri seçilib, icra olunması üçün Qazax rayon polis şöbəsinə göndərilib. Hazırda onun istintaqa cəlb olunması istiqamətində axtarş elan olunub və istintaq prosesi davam edir.”
Qeyd edək ki, konfransda əməliyyatda iştirak etmiş döyüşçülər, həlak olanların valideynləri, həmin hərbi hissədə tabor komandiri olmuş polkovnik-leytenant Novruz İsmiyevin fikirləri səslənib. Onlar günahkarların tapılmasını tələb ediblər.
Nihadə Eyyubova
Günəş FƏRHADLI