“Hakimlərin maaşı artırılmalıdır”

“Hakimlərin maaşı artırılmalıdır”
  02 İyul 2013    Oxunub:1674
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının son iclası öz işinə başlayıb
AzVision.az xəbər verir ki, iclasa məhkəmələrə hakimlərin təyin edilməsi məsələsi ilə başlanılıb. Millət vəkillərinə bu barədə deputat, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

“Azərbaycan Respublikasının prezidenti tərəfindən Konstitusiyaya müvafiq olaraq, Məhkəmə hüquq şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Ali Məhkəmə və Apelyasiya Məhkəməsinə irəli sürülən hakimlərin təqdimatı Milli Məclisdə göndərilib.
Bu gün müzakirənin əsas predmeti Apelyasiya və Ali Məhkəmə hakimlərinin təyinatıdır. Cənab Prezidentin məktubundan da göründüyü kimi, bu təkliflər Məhkəmə hüquq şurasında hazırlanıb və prezidentə təqdim olunub.

Məlumat üçün bildirim ki, hazırda hakim korpusunda 86 vakant yer vardır. Keçən çağışırlarda Apelyasiya Məhkəməsinə təyinatlar oldu. İndi bu təyinatlarla da vakant yerlər dolacaq.

Qeyd etmək istəyirəm ki, vakansiyaların 10-u Ali Məhkəmədə , 6-sı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində, 5-i Bakı Apellsiyasi Məhkəməsində, 3-ü Şirvan Məhkəməsində, 5-i Gəncə, 4-ü Şəki, 6-ı isə Sumqayıt Apelyasiya Məhkəməsində mövcuddur. Beləliklə, 57 nəfər hakimin təyinatı məsələsi iclasın müzakirəsinə çıxarılıb”.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa bildirib ki, məhkəmələrə hakimin təyin edilməsi çox ciddi məsələdir.

“Mən dünən də İnsan Hüquqları və dövlət quruculuğu komitəsinin üzvi olmasam da, iclasda iştirak etdim. Dünən də bu fikirləri dedim. indi də demək istəyirəm. Mən düşünürəm ki, hakimlərin əmək haqqı artırılmalıdır. Azərbaycan hakimi yaşayış standartlarına görə, çox aşağıdır və aldığı məvacib yetərli deyil. Aldığı maaşlar kommunal xərclərə mənzil xərclərinə gedir. Biz hakimlərdən doğru dürüstlük tələb etdiyimiz halda, yaşayış şərtlərini dəyişməliyik. Hakimlərin təhlükəsizlik məsələsi də Azərbaycanda öz həllini tapmayıb”.

Fazil Mustafa onu da əlavə edib ki, hakimlərə ildə 40 gün məzuniyyət verilir.

“Amma onlarda əmək haqqı yox, müavinət verilir. Amma onların işi daha ağırdır, ən intelektual ağır iş onların üzərində düşür. Bu məsələ öz həllini tapmalıdır”.

Daha sonra namizədlər barədə səsvermə aparılaraq hakimlər seçilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti